USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Hyundai”ın Azərbaycandakı rəsmi distribütoru “Auto Azerbaijan” cərimələnir

03.06.2021 Sosial
0 0
Hyundai markalı avtomobillərin Azərbaycanda səlahiyyətli və yeganə rəsmi distributoru “Auto Azerbaijan” MMC barəsində cərimə protokolu tərtib edilib.

"Kommersant.az" xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi göndərilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxildir.

“Hyundai” avtomobil markasının rəsmi eksklüziv distribütorudur.