USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fazil Məmmədovun türk həkimindən açıqlama

28.06.2018 İqtisadiyyat
0 0
"Fazil Məmmədov hazırda Amerikada müalicə alır"

Eks-vergilər naziri Fazil Məmmədovun səhhətinin ağırlaşdığı və təcili Türkiyəyə aparıldığına dair məlumatlar yayılıb.

Yaxın çevrəsindən verilən məlumata görə, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı uzun müddət Gəncədə klinikalardan birində müalicə alırmış.

Eks-nazirin Türkiyəyə aparılması məlumatlarını dəqiqləşdirmək üçün uzun müddət F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalının həkimi Süleyman Dinçerlə (daxili xəstəliklər və hemotoloji uzman) əlaqə saxlanıb.

S.Dinçer Fazil Məmmədovun onun xəstəsi olduğunu təsdiqləyib:

"Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu".

S.Dinçer Fazil Məmmədovun hazırda Amerikada olduğunu və orada müalicə aldığını vurğulayıb.

Modern

  • Əvvəlki

    “Hökumət istefa verməyəcək”

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0