USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Günün yoluxma statistikası: 28 nəfər öldü

19.11.2021 Sosial
0 0
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 233 yeni yoluxma faktı qeydə alınıb, 2 401 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 32 573 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 902, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 21 285 nəfərdir.