USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı açıqlandı

07.02.2022 Sosial
0 0
Azərbaycanda təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 208 nəfərdir.

Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin tələbələrdən 40 465 nəfəri bakalavr, 5 426 nəfəri magistr, 10 318 nəfəri isə subbakalavrdır: "56 208 tələbədən 16 800-ü sosial, 39 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir".

Sədr qeyd edib ki, əyani formada ödənişli təhsil alan tələbələrin 13.8 %-nin (20 200) təhsil haqqını dövlət ödəyir və onların kredit almaq üçün müraciət etməyinə ehtiyac yoxdur: "Həmin tələbələr həssas qrupa aid olanlardır".

report.az