USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Operativ Qərargah məlumat yaydı

06.10.2022 Sosial
0 0
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821 937 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 379 nəfər müalicə olunaraq sağalıb, 9 927 nəfər vəfat edib, aktiv xəstə sayı 631 nəfərdir.

Ölkədə son sutka ərzində 2 848, hazırkı dövrədək isə 7 266 943 test aparılıb.