USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ombudsman BMT-nin İnsan Hüquqları Şurasının Məsləhət Komitəsi sessiyasında iştirak edib

14.08.2018 İqtisadiyyat
0 0
Azərbaycan Ombudsmanı Elmira Süleymanova BMT-nin İnsan Hüquqları Şurasının Məsləhət Komitəsinin 21-ci sessiyasında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən "Kommersant.az"a bildiriblər ki, milli siyasət və insan hüquqları, Durban Bəyannaməsi və Fəaliyyət Proqramının həyata keçirilməsinə qlobal çağırışlar, inkişafın insan hüquqlarının həyata keçirilməsinə töhfəsi, gender perspektivi və əlilliyi olan şəxslərin hüquqlarının, qeyri-hökumət təşkilatlarının iştirakçılığının təmini sessiyanın proqramı üzrə əsas müzakirə mövzularından olub.
İnsan hüquqları sahəsində prioritet mövzular üzrə keçirilən iclaslara BMT qurumlarının rəsmi şəxsləri, Məsləhət Komitəsinin, Milli İnsan Hüquqları təsisatlarının nümayəndələri, QHT təmsilçiləri və beynəlxalq ekspertlər qatılıblar.
Sessiyalar çərçivəsində Azərbaycan Ombudsmanı çıxış edib. O, BMT səviyyəsində çoxsaylı sənədlərin qəbul olunmasına baxmayaraq dünyada miqrantlar və qaçqınlarla yanaşı, irqinə görə təqiblərə və təzyiqlərə məruz qalan çoxsaylı insanların olduğunu diqqətə çatdırıb. E.Süleymanova etnik təmizləmə siyasətindən ölkəmizin əziyyət çəkdiyini vurğulayıb, 20 faizdən artıq torpaqlarımızın işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşmüş, qaçqın və məcburi köçkün həyatı yaşayan bir milyondan çox soydaşımızın hüquqları və onların təmin olunması məsələsini, qaçqın və məcburi köçkün probleminin ölkəmiz üçün prioritet olduğunu qeyd edib, Durban Bəyannaməsi və Fəaliyyət Proqramının prinsiplərinin həyata keçirilməsi ilə bağlı təkliflərini verib.
Ombudsman, həmçinin sivilizasiyalar arasında multikultural dəyərlər əsasında səmərəli dialoqun təşkilində Azərbaycan təcrübəsi olan "Bakı Prosesi"nin əhəmiyyətini vurğulayıb.
Səfər çərçivəsində Ombudsman BMT qurumlarının nümayəndələri, beynəlxalq ekspertlərlə görüşlər keçirib, əməkdaşlıq üzrə müzakirələr aparıb.

  • Əvvəlki

    Azərbaycanla Britaniya arasında sosial müdafiə sahəsində əməkdaşlıq nəzərdən keçirilib

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0