USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanla Britaniya arasında sosial müdafiə sahəsində əməkdaşlıq nəzərdən keçirilib

14.08.2018 İqtisadiyyat
0 0
Azərbaycan ilə Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq imkanları mövcuddur və bu sahədə ikitərəfli əlaqələr qurularaq inkişaf etdirilə bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Kommersant.az"a verilən məlumata görə, bunu nazir Sahil Babayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Mari Krofts ilə nazirlikdə keçirdiyi görüşdə bildirib.
Prezident İlham Əliyevin sosial-iqtisadi strategiyasının mərkəzində insan amilinin, vətəndaş firavanlığının dayandığını vurğulayan nazir ölkəmizdə sosial inkişafın təmin edilməsi istiqamətində ötən dövrdə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları, dövlət sosial xidmətlərinin "bir pəncərə"dən operativ və tam şəffaf şəkildə göstərilməsi üçün DOST mərkəzlərinin yaradılması yönündə aparılan işlər barədə məlumat verib.

S.Babayev "British Council" tərəfindən icra olunan və BP tərəfindən dəstəklənən "Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı"nın əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, əmək bazarının tənzimlənməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək, məşğulluq, sosial təminat sahələrində idarəçilik və xidmətlərin avtomatlaşdırılması, bu sahələrdə "bir pəncərə"dən xidmət modelinin tətbiqi, əlilliyi olan şəxslərin reabilitasiyası və əmək bazarına çıxış imkanlarının genişləndirilməsi, əməyin təhlükəsizliyi və s. sahələrdə Böyük Britaniyanın müvafiq qurumları ilə təcrübə mübadilələrinin aparılması önəmli ola bilər. Bu məqsədlə həmin qurumlarla əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması üçün də imkanlar var.
K.M.Krofts Azərbaycanda əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi, bu sahədə innovativ yanaşmaların tətbiqi yönündə aparılan işləri maraqla izlədiyini, iki ölkə arasında əməkdaşlığın əmək və sosial müdafiə sahələrini əhatə etməsi üçün onun tərəfindən də səylərin göstəriləcəyini vurğulayıb.
Görüş Azərbaycan və Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi ilə davam edib.

  • Əvvəlki

    Prezident Füzuli rayonunda avtomobil yollarının tikintisinə 4,7 milyon manat ayırıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0