USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yol polisi Şirvanda reyd keçirib

14.08.2018 İqtisadiyyat
0 0
“Təmiz hava” aylığı çərçivəsində Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən reydlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan "Kommersant.az"a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə Şirvan şəhərində nəqliyyatın sıx olduğu yerlərdə avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə reyd keçirilib. Xüsusi avadanlıq vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb. Sürücülərə tələblər və qaydalar izah olunub.
Reyd zamanı bəzi minik avtomobillərində atmosferə buraxılan zərərli qazların miqdarının normadan bir neçə dəfə artıq olması müşahidə edilib. Yol Polisi Bölməsinin inspektorları tərəfindən atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb.
Bununla yanaşı, reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sənədsiz avtomobil idarə edən və əks zolaqla hərəkətdə olan sürücülər də müəyyənləşdirilərək barələrində protokol tərtib olunub.
"Təmiz hava" aylığı çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam etdiriləcək.

  • Əvvəlki

    Ombudsman BMT-nin İnsan Hüquqları Şurasının Məsləhət Komitəsi sessiyasında iştirak edib

Digər xəbərlər

30.04.2024 İqtisadiyyat
Dollar ucuzlaşır
0 0
30.04.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
30.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
29.04.2024 İqtisadiyyat
FED-in faiz endirimi nə vaxt gələcək?
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0