USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan yay istirahəti üçün ən populyar ölkələr üzrə "top-10"a düşüb

10.05.2019 İqtisadiyyat
0 0
Rusiyada yayda istirahət üçün ölkə xaricinə alınmış hər onuncu bilet Gürcüstanadır.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumatda bildirilir.

"Tutu.ru" səyahət xidmətinin mütəxəssisləri 2019-cu il iyunun 1-dən sentyabrın 1-dək olan uçuşları əvvəlcədən bron etmək aksiyası üzrə təhlil aparıb.

Ardıcıl ikinci yaydır ki, azad səyahətçilər ilk növbədə reytinqdə 1-ci sırada qərarlaşan Gürcüstanı seçirlər. Monteneqro ikinci, İspaniya isə üçüncü sırada qərarlaşıb. Eyni zamanda, Gürcüstana aviabiletlərin qiyməti 9%, Monteneqroya isə 7% bahalaşıb, İspaniyaya uçuşlar isə 6% ucuzlaşıb.

"Top-10"da həmçinin İtaliya, Almaniya, Bolqarıstan, Qazaxıstan, Moldova, Qırğızıstan və Azərbaycan yer alıb.

Azərbaycana aviabiletlərin qiyməti 15% artıb.

  • Əvvəlki

    Saatlıda heyvanların müalicə tədbirləri davam etdirilir

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0