USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan otellərində gizli monitorinqlər aparılacaq

27.06.2019 İqtisadiyyat
0 0
Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir”.

"Kommersant.az" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

"Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var. Azərbaycan Otellər Assosiasiyası Avropa Otellər Assosiasiyasının – ("Hotrec") üzvü olub. Bundan sonra onlar "Hotrec"in standartlarına uyğun ulduzlaşma aparacaqlar", - o bildirib.

"Hotrec"in standartları Avropa Komissiyasının qəbul etdiyi standartlardır. Bu, təxminən, 300 vərəqlik bir sənəddir ki, orada ulduzların necə verilməsi barədə bütün meyarlar göstərilib. Ulduz bir neçə illik verilir, həmin müddətdə açıq və gizli monitorinq aparılacaq. Açıq monitorinq gəlib birbaşa fəaliyyətin yoxlanılmasından ibarətdir, həmçinin məşhur saytlar vasitəsilə qoyulan rəyləri izləyəcəyik. Gizli monitorinqdə isə Avropa və Azərbaycanın Otellər Assosiasiyasının mütəxəssisləri bu yerdə qonaq gizli qalacaqlar, sonradan onun nəticələrini analiz edəcəklər", - F.Nağıyev əlavə edib.

Report

  • Əvvəlki

    Bank sektorunun xalis mənfəəti artır

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0