USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran təyyarəsi raketdən son anda xilas olub

07.02.2020 İqtisadiyyat
0 0
Fevralın 6-na keçən gecə İsrailin Suriyaya növbəti raket zərbələri zamanı İrana aid Airbus 320 sərnişin təyyarə az qala raketə tuş gələcəkdi.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

Bu gün fevralın 7-də keçirdiyi brifinqdə Konaşenkov deyib ki, Tehran-Dəməşq reysi ilə uçan təyyarə İsrailin hava zərbələrini dəf edən Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin hədəfi olmaqdan son anda qurtulub. Və göyərtəsində 172 nəfər olan sərnişin təyyarəsi Rusiyanın Suriyadakı Hmeymin aviabazasına məcburi eniş edib.

"Pilotlar təyyarəni atəş altından son anda çıxara biliblər və Hmeymim aviabazasına endiriblər",-Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Konaşenkov deyib ki, fevralın 6-da gecə saat 2-dən sonra İsrail Hərbi Hava Qüvvələrinin 4 F-16 təyyarəsi Suriyanın hava məkanına daxil olmadan Dəməşq ətrafındakı hədəflərə qəfildən səkkiz "hava-yer" raketi buraxıb. Suriya buna cavab olaraq Hava Hücumundan Müdafiə komplekslərini işə salıb və İran layneri "az qala ölümcül zenit-raket atəşi zonasında qalacaqdı".

Məlumata görə dispetçerlər pilotlara təyyarəni atəş zonasından çıxarmaqda kömək ediblər və layner Hmeymim aviabazasına enib. Konaşenkov deyib ki, İsrailin Suriya Hava Hücumundan Müdafiə sistemlərinin cavab zərbələrindən yayınmaq üçün sərnişin təyyarələri arxasında "gizlənməsi" birinci dəfə deyil.

İsrail tərəfi bu ittihamı şərh etmir. Ötən il İsrailin Suriyaya növbəti hava zərbələri zamanı bu ölkənin Hava Hücumundan Müdafiə qüvvələri cavab atəşləri açmışdı və bu vaxt Rusiyanın kəşfiyyat təyyarəsini səhvən vurub dənizə salmışdı.

Yanvarın 6-na keçən gecə İsrailin Dəməşq ətrafında İranın İnqilab Keşikçiləri Korpusunun bazasını vurduğu bildirilir. İddia edilir ki, Suriya HHM sistemləri raketlərin bir qismini havada vurub.(virtualaz.org)

  • Əvvəlki

    Ali məktəblərə tələbə qəbulu qaydalarında dəyişiklik edildi - QƏRAR

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0