USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlər Kabinetindən sürücülərlə bağlı - QƏRAR

09.07.2020 İqtisadiyyat
0 0
Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədlərin formasının təsdiq edilməsi haqqında” qərar verib.

"Kommersant.az" xəbər verir ki, qərara əsasən, "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədin forması" və "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədin forması" təsdiqlənib.

Sənədin forması ilə bu link vasitəsilə tanış ola bilərsiniz.