USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gəncə "Xəzər"i taksi kimi istifadə edəcək

29.06.2018 İqtisadiyyat
0 0
"Xəzər" avtomobil zavodunun istehsal etdiyi ilk üç avtomaşın Gəncə Şəhər İcra Hakimiyyəti yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi tərəfindən alınıb.

"Kommersant" xəbər verir ki, bu avtomobillər xidməti istifadə üçün nəzərdə tutulub.

Gələn ay daha 2 belə avtomobil alınacaq və onlardan şəhər nəqliyyatının tənzimlənməsində istifadə ediləcək.

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Murad Sətdarov bildirib ki, gələcəkdə taksi kimi istifadə olunması nəzərdə tutulan daha 20 avtomobilin alınması planlaşdırılır.