USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Seçimdən sonra lirənin vəziyyəti ilə bağlı - EKSPERT RƏYİ

25.06.2018 İqtisadiyyat
0 0
“Qiymətli kağızlar bahalaşacaq, faizlər aşağı düşəcək”

"Kommersant" xəbər verir ki, bu sözləri maliyyə eksperti Cəfər İbrahimli deyib. O bildirib ki, yeni idarəetmə sistemin fəaliyyətə başlaması yaxın bir ildə işsizlik kimi iqtisadi göstəricilərlə də bağlı olacaq:

"Türkiyədə seçimlərin sonuclanması ilə siyasi riskin azalması fonunda TL-nin xarici valyutalar qarşısında dəyər qazanması müşahidə olunur. Türkiyə bazarlarının açılması ilə Fond birjasının yüksəlməsi və dövlət qitmətli kağızlarının qiymətində yüksəlmə müşahidə olunacağı gözlənilir. Yəni faizlərin də 1-2 faiz aşağı düşəcəyi gözlənilir.

Bundan sonra yeni idarəetmə sisteminin fəaliyyətə başlaması və maliyyə bazarlarında müsbət tendensiyanın davamı, yaxın 1 ildə ölkənin tədiyyə balansı, infilyasiya dərəcəsi və işsizlik kimi iqtisadi göstəricilərlə bağlı olacaq".