Yalan xəbər verənlər məsuliyyətə cəlb olunacaq - AÇIQLAMA

15.08.2018 Maliyyə
Dövlət qurumu bu barədə açıqlama yayıb.

“Kommersant.az” xəbər verir ki, Türkiyənin Sərmayə Bazarı Şurası (SPK) kapital bazarına təhlükəsiz, güvənli, şəffaf şərait yaratmaq üçün lazımlı bütün tədbirlərin görüləcəyinə, yalan, yanlış xəbər və açıqlama verənlərin məsuliyyətə cəlb olunacağını bildirib.

Şura yanlış xəbərlərin yatırımçıları yanıltdığını, zərər etmələrinə səbəb olduğunu vurğulayaraq, bunun qarşısının alınması üçün ciddi tədbirlər görüləcəyini söyləyib.