Gürcüstanda da zəlzələ baş verib

06.06.2018 Dünya
İyunun 5-də axşam saat 22.43-də Gürcüstanda zəlzələ baş verib.

"Kommersant" "Report”un Gürcüstan bürosuna istinadən xəbər verir ki, yeraltı təkanlar Gürcüstanın bölgələrində və paytaxt Tbilisidə də hiss olunub.

Dağıntı və tələfat olmasa da insanlar arasında şaşqınlıq var.

Yeraltı təkanların təqribən 3-4 bal gücündə olduğu bildirilir.