USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə 4 günlük komendant saatı tətbiq edildi - QƏRAR

12.05.2020 İqtisadiyyat
0 0
Türkiyənin 31 əyalətində koronavirus pandemiyası ilə əlaqədar komendant saatı tətbiq olunub.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, qeyd edib ki, komendant saatı mayın 16-dan 19-dək davam edəcək.

"16, 17, 18 və 19 mayda evdən küçəyə çıxmaq yenidən qadağan olunacaq" - Türkiyə lideri vurğulayıb.

"Bundan başqa, doqquz əyalətə - Adana, Denizli, Diyarbəkir, Qəhrəmanmaraş, Mardin, Ordu, Tekirdağ, Trabzon və Şanlıurfaya giriş və çıxış qadağası götürülür", - Ərdoğan deyib.

Son məlumatlara görə, Türkiyədə koronavirusdan ölənlərin sayı 3 786 nəfərə çatıb. Pandemiya ərzində qonşu ölkədə COVID-19-a ümumilikdə 138 657 nəfər yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.