“Aegean Airlines” və “Airbus” arasında 5 milyard avroluq “təyyarə müqaviləsi” imzalanıb.
"Kommersant" xəbər verir ki, Yunanıstanın əsas hava limanı şirkətləri olan "Aegean Airlines" və "Airbus" arasında 5 milyard avro dəyərində müqavilə imzalanıb. Afina "Beynəlxalq Elefterios Venizelos" hava limanında keçirilən mərasimdə hər iki şirkətin rəhbərliyi iştirak edib. Müqaviləyə görə, "Aegean Airlines" "Airbus"dan 10-u A321 olmaqla, toplamda 42 ədəd "320 neo" tipli təyyarə satın alacaq.
Turizmi ilə məşhur olan Yunanıstanda bu müqavilə bu vaxta qədər imzalanmış ən bahalı müqavilə adlandırılıb.