USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanda Azərbaycan dilli məktəbin tikintisinə başlanılıb

09.07.2018 İqtisadiyyat
0 0
Gürcüstanın Marneuli rayonunda 1 saylı Azərbaycan dilli ictimai məktəbin inşasına start verilib.

"Kommersant" APA-nın yerli bürosuna istinadən məlumatına görə, Marneuli rayon başçısı səlahiyyətlərini icra edən Zaur Tabatadze, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və digər rəsmi şəxslər məktəbin tikinti prosesi və layihəsi ilə tanış olublar.

196 şagird üçün nəzərdə tutulmuş məktəbin inşasının 2019-cu ilin aprel ayında başa çatacağı nəzərdə tutulub. Tikinti işlərinə dövlət büdcəsindən 1 514 760 lari vəsait ayrılıb.

Qeyd edək ki, Marneulidə 1 saylı Azərbaycan dilli məktəbin binası 2016-cı ilin aprelində yararsız olduğundan sökülüb. Məktəbin müəllim və şagirdləri rayonunun 8 saylı məktəbinə köçürülüb.

  • Əvvəlki

    DGK-nin sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasının direktoru ilə görüşüb

Digər xəbərlər