USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlk aqrar sığorta müqaviləsi Tərtərdə imzalanıb - FOTO

04.11.2020 İqtisadiyyat
0 0
Bu gün cəbhə bölgəsi olan Tərtər rayonunda dövlət dəstəyi ilə ilk aqrar sığorta müqaviləsi imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, imzalanma mərasimində nazirliyin nümayəndələri, Bakıda səfərdə olan Türkiyənin TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının rəhbərliyi, Aqrar Sığorta Fondunun, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin rəhbərliyi, fermer və sahibkarlar iştirak edib.

İlk aqrar sığorta müqaviləsi əsasında Tərtər rayonundan olan sahibkarın südlük heyvanları sığortalanıb. Aqrar Sığorta Fondu və fermer Habil İbrahimli arasında imzalanan müqavilədə 50 baş iribuynuzlu heyvanın aktual risklərdən sığortalanması nəzərdə tutulur.

"Aqrar sığorta fermerlərin məhsullarını və gəlirlərini qorumaqla onlara dəstək olacaq. Qaydalara görə, aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödəniləcək. Nəticədə kənd təsərrüfatı daha təhlükəsiz biznes sektoruna çevriləcək və bu sahəyə yatırımlar daha da artacaq", - deyə, Aqrar Sığorta Fondunun İdarə heyətinin sədri Fuad Sadıqov bildirib.

İmzalanma mərasimində iştirak edən Türkiyə Respublikasının TARSİM aqrar sığorta təşkilatının Himayəçilik Şurasının üzvü, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndəsi Bekir Engürülü əlavə edib ki, aqrar sığorta fermerlərin risklərini sığortalamaqla aqrar sahənin maliyyəyə çıxışını asanlaşdıracaq, kənd təsərrüfatının daha dayanıqlı inkişafına şərait yaradacaq.

Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən ilkin mərhələdə 1-7 yaşlı südlük inək və camışlar, 14 bitki növü, eləcə də nohur və hovuzlarda yetişdirilən balıqlar sığortalanacaq. Gələcəkdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetləri və risklərin siyahısı genişləndiriləcək.

  • Əvvəlki

    Ali Baş Komandan: “Onlar bizi öldürdükdə oturub gözləməli idik?”

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0