Azərbaycan Mərkəzi Bankı (AMB) "CİBPay" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ödəniş təşkilatının vəzifəli şəxsini cərimələyib.
Kommersant.az bu barədə AMB-yə istinadən xəbər verir.
“CİBPay” MMC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə “CİBPay” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 (bir min) manat məbləğində cərimə edilmişdir", - məlumatda qeyd edilib.
"CİBPay" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 287 000 manat olan MMC-nin qanuni təmsilçisi Fərhadov Söhrab Cəbrayıl oğludur.