USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankdan kredit götürən müştərilərə faiz hədiyyəsi

07.12.2018 Bank
0 0
Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə yeni kampaniyaya start verir.

"Kommersant.az" xəbər verir ki, kampaniyanın əsas məqsədi, kredit əldə edən müştərilərə təklif edilən güzəştlərdən yararlanmaqla, ödəmələrini daha rahat və asan həyata keçirmələri üçün onlara imkan yaratmaqdır.

10-28 dekabr tarixləri ərzində davam edəcək bu kampaniya çərçivəsində Azər Türk Banka müraciət edən vətəndaşların əldə etdikləri kredit üzrə ilk ayın faizləri bank tərəfindən müştəriyə hədiyyə ediləcək və bu ay üçün heç bir ödəniş tələb olunmayacaqdır.Kreditlər üzrə ödəmələr müqavilənin bağlanıldığı tarixin ikinci ayından etibarən faizlər hesablanmaqla bərabər hissələrlə ödənilir.

Bundan əlavə, kampaniya müddətində faizlərə endirim tətbiq ediləcəkdir. 20 ay müddətinə rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 19% səviyyəsinə endiriləcəkdir.

Qeyd edək ki, 3 - 36 ay müddətə təklif olunan kreditlərin məbləği, 10 min manatadək zaminsiz olmaqla, 300 manatdan 20 000 manatadəkdir.

Bu barədə ətraflı məlumatı www.azerturkbank.az ünvanından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.