USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank iki bankı cərimələyib

03.04.2026 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı iki kommersiya bankı cərimələyib.

Kommersant.az-ın əldə etdiyi məlumata əsasən, bunlar “Kapital Bank” və “AFB Bank” ASC-dir.

“Kapital Bank” ASC tərəfindən “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən “Kapital Bank” ASC-nin vəzifəli şəxsi 1 500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Hesabatlıq forması üzrə pozuntular bankın maliyyə dayanıqlılığına təhdid yaratmır.

“AFB Bank” ASC tərəfindən “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən “AFB Bank” ASC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir. Hesabatlıq forması üzrə pozuntular bankın maliyyə dayanıqlılığına təhdid yaratmır