USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank BTB”nin fərdi bank seyfləri üzrə 50%-dək ENDİRİM kampaniyası yanvarın 31-dək davam edəcək.

08.01.2019 Bank
0 0
Sənədlərin, qiymətli kağızların, zinət əşyalarının və bu kimi digər qiymətlilərin etibarlı mühafizə vasitəsi olan fərdi bank seyfləri üzrə endirim qiymətləri seyfin ölçüsünə görə fərqlənir.

"Kommersant.az" xəbər verir ki, kampaniya çərçivəsində 100 mm x 326 mm x 420 mm ölçülü seyfin aylıq icarəsi 15 manat, 200 mm x 326 mm x 420 mm ölçülü seyfin icarəsi 20 manat, 400 mm x 326 mm x 420 mm ölçülü seyfin icarəsi 30 manat, 600 mm x 326 mm x 420 mm ölçülü seyfin icarəsi isə 40 manatdır.

Təhlükəsizlik qaydalarına cavab verən fərdi bank seyfləri bankın baş ofisində - Yusif Səfərov küç., 27 ünvanında yerləşir. Seyflərin təhlükəsizliyi üçün “iki açar prinsipi” (1 açar müştəridə, 1 açar isə bankda) tətbiq olunur. Müştəri və ya onun qanuni təmsilçisinin bilavasitə iştirakı olmadan heç kim fərdi bank seyfindən istifadə edə bilməz.

“Bank BTB” tam məxfiliyi, toxunulmazlığı təmin edərək bütün seyflərin təhlükəsizliyinə görə məsuliyyət daşıyır.