USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ləğv prosesində olan “Dəmirbank”ın kreditorlar komitəsi yaradılıb

19.05.2018 Bank
0 0
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-cı il tarixli qərarı ilə “Dəmirbank” ASC müflis elan olunub, onun barəsində iflas proseduruna başlanılıb və bankın ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilib.

Fonddan "Kommersant.Az"a verilən məlumata görə, ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının say çoxluğunu və kreditor tələblərinin həcmini nəzərə alaraq, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi, onlarla daha asan kommmunikasiyanın qurulması, habelə bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar komitəsinin təsis edilməsinə zərurət yaranıb: "Eyni zamanda, kreditorlar komitəsinin yaradılmasının məqsədi ləğvetmə prosesinin şəffaf və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirildiyini bir daha nümayiş etdirməkdir".