USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankın valyuta satışından əldə etdiyi gəlir kredit satışından olanı keçib

22.05.2018 Bank
0 0
Bankın valyuta satışından əldə etdiyi gəlir kredit satışından olanı keçib

"Kommersant.Az" xəbər verir ki, ardıcıl olaraq ikinci dəfə “RSM Azerbaijan” audit şirkəti tərəfindən tərtib edilən 2017-ci ilin illik hesabatında deyilir.

Hesabat dövrü ərzində, bankın faiz xərcləri yüksələrək 3,49 mln. manata olub. Bankın dəyərsizləşmədən öncəki gəliri 3,39 mln. manat olsa da, ehtiyyatlara ayrılmalardan sonra rəqəm mənfi 353 min manata düşüb.

Hesabatı analiz etdikdə məlum olur ki, Bankın xalis mənfəətinin əsas səbəbkarı 7,46 mln. manatlıq xalis qeyri-faiz gəlirləri hesabınadır. Daha dəqiq desək bank ötən ilin 4 rübü ərzində valyuta alış-satışından 5,2 mln. manatdan çox gəlir əldə edib. Bİr fakt kimi qeyd etməliyik ki, bu rəqəm 2016-cı ilə 2,1 mln. manat idi.

Beləliklə, “Günay Bank” ötən il ərzində 3,5 mln. manat xalis mənfəət əldə edib. Lakin bu mənfəət bankı balansındakı yığılmış zərəri azca azaldaraq 7,48 mln. manata salıb.