Ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorları məhkəməyə çağrıldı
"Kommersant.Az" xəbər verir ki, ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu bankın kreditorlarının ləğvedici tərəfindən qəbul və etiraz edilmiş tələblərin siyahısının Bakı Apellasiya Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə ərizəsi üzrə etiraz edilmiş tələblərə dair dinləmələr 7 iyun 2018-ci il saat 15.20-də davam etdiriləcək.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasında iştirak etmələrini xahiş edir.
Ünvan: Bakı Apellasiya Məhkəməsi Bakı şəhəri, Zahid Xəlilov küç., 540-cı məhəllə.