USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank VTB (Azərbaycan) ADA universitetinin layihəsində iştirak edib

17.05.2019 Bank
0 0
Bank VTB (Azərbaycan) ADA universitetinin «Capstoneproject» layihəsində iştirak edib. Bankın əməkdaşlarının rəhbərliyi altında tələbələr ticari maliyyələşmə imkanlarını araşdırıb.

"Kommersant.az" xəbər verir ki, 3 ay ərzində akademiyanın tələbələri VTB (Azərbaycan)-ın nümayəndələri ilə birgə ixrac sahəsində bankın inkişaf perspektivlərini, eləcə də ticari maliyyələşmə portfelinin diversifikasiya imkanlarını qiymətləndirib. Tədqiqat işinin nəticələrini VTB (Azərbaycan)-ın əməkdaşları və akademiyanın professorları qiymətləndirib. Layihənin yekunu nəticəsində bank tələbələrə sertifikat və həvəsləndirici hədiyyələr təqdim edib.

“Belə layihələr həm tələbə, həm də işəgötürənlər üçün çox vacibdir. Bu layihələr çərçivəsində məzunlar müəyyən sahə üzrə təcrübə əldə edir. Biz ölkənin əsas ali təhsil müəssisələri ilə fəal şəkildə çalışırıq, tələbələrə təlim keçirir və onları gələcəkdə işə qəbul imkanı verən təcrübə keçməyə dəvət edirik” –deyə, bank VTB (Azərbaycan)-ınİnsan resursları idarəsinin rəisi Asiya Haqverdiyeva bildirib.

Arayış üçün

Capstoneproject –müəyyən mövzu üzrə tələbələrin biliklərinin praktiki tətbiqini nəzərdə tutan ADA universitetinin layihəsidir. Layihə diplom işinin alternativi hesab olunur. Hər il layihəyə iri şirkət və təşkilatlar dəstək olur. Şirkət nümayəndələrinin köməkliyiiləməzunlar müxtəlif mövzuları tədqiq edir və onların nəticəsində konkret təkliflər hazırlayır.

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

E-mail: [email protected] www.vtb.az

ASC VTB (Azərbaycan)