USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Fondunun valyuta satışları kəskin artıb

26.05.2018 Bank
0 0
Cari ilin birinci rübündə Mərkəzi Bank (AMB) tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun 23 valyuta hərracı keçirilib.

"Kommersant.Az" AMB-nin 2018-ciilin yanvar-mart ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, hesabat dövründə Mərkəzi Bank tərəfindən ARDNF-in xarici valyuta satışları 1 mlrd. 310,2 mln. ABŞ dolları təşkil edib.

Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 65,2% çoxdur.