Məşhur investor Soros, dünyanın yeni maliyyə böhranına doğru getdiyini bildirib
Məşhur investor Corc Soros, Parisdə etdiyi çıxışında, "İran ilə olan nüvə müqaviləsinə son verilməsi və Transatlantik ittifaqın süqutu ilə qarşı-qarşıyayıq" deyib.
"Kommersant.Az" xəbər verir ki, Soros açıqlamasında, "Bunun Avropa iqtisadiyyatı üzərində mənfi bir təsir yaratması və digər pisləşmələrə səbəb olması labüddür. Hazırda inkişaf edən əksər ölkələrin valyutaları ucuzlaşmaqdadır" ifadəsini istifadə edib.
"Yeni bir böyük maliyyə böhranına doğru gedirik" deyən Soros, "Avropa Birliyi, yaranan bir böhrandadır. Tərs gedəcək hər şey, tərsinə getmiş vəziyyətdədir" şəkilində əlavə edib.