Dünya fond bazarlarında əsas indeks göstəriciləri

29.08.2019 Bank
Avqustun 28-də Amerika fond bazarında Dow Jones indeksi 1% – 26,036.10 bəndədək, S&P 0,65% – 2,887.94 bəndədək, Nasdaq isə 0,38% – 7,856.88 bəndədək yüksəlib.

"Kommersant.az" xəbər verir ki, Avropa fond bazarlarında avqustun 28-də FTSE 100 indeksi 0,35% – 7,114.71 bəndədək yüksəlib, Almaniyanın DAX-ı 0,25% – 11,701.02 bəndədək, Fransa CAC-40 isə 0,34% – 5,368.80 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,25% azalaraq 1 539 dollara bərabər olub. Avqustun 28-nə dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,0015% azalaraq 1,1075
dollar təşkil edib.