USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank VTB (Azərbaycan) ipoteka kreditləşməsi proqramına start verdi

10.09.2019 Bank
0 0
Bank VTB (Azərbaycan) müştərilərə yeni ipoteka proqramından istifadə edərək şəxsi mənzilə sahib olmaq imkanı verir. Bankın ipoteka krediti üzrə minimal faiz dərəcəsi 12% təşkil edir və alınan əmlak üçün edilən ilkin ödəniş, eləcədə kreditin müddətindən asılı olaraq dəyişə bilər.

Minimal ilkin ödəniş əmlak dəyərinin 20%-i qədərdir. Kreditin məbləği 10 000 - 275 000 manat təşkil edir və 6 aydan 25 il müddətinədək verilir.

Kredit hesablandıqda müştərinin gəlirilə yanaşı onun ailə üzvlərinin də gəliri nəzərə alına bilər. Ilkin ödənişin məbləği 40% və daha çox olduğu halda müştərinin ödəniş qabiliyyəti təhlil olunmur. İpoteka proqramı təkrar və ilkin bazarlardakı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olan mənzillərə şamil olunur.