Bank Respublika məktəblərdə maliyyə savadlılığı üzrə təlimlər keçdi

19.12.2019 Bank
Korporativ sosial məsusliyyət layihələrinə xüsusi önəm verən Bank Respublika, ölkəmizdə həyata keçirilən “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinə öz töhfəsini verdi.

"Kommersant.az" xəbər verir ki, bankın əməkdaşları noyabr-dekabr aylarında Bakı şəhərində və regionlarda yerləşən 25 məktəbdə 1000-ə yaxın şagirdə banklarda kreditlərin verilməsinin əsasları haqqında təlimlər keçmiş, onları maraqlandıran sualları cavablandandırmışdır.

Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (Junior Achievement Azerbaijan) həyata keçirdiyi layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə maliyyə savadlılığı və sahibkarlıq bacarıqlarının erkən yaşlardan inkişaf etdirilməsindən ibarətdir. Layihə çərçivəsində tədris və elektron resursların hazırlanması, təlimçi müəllimlərin yetişdirilməsi, ümumi təhsil müəssisələrinin nəzdində sahibkarlıq mərkəzlərinin yaradılması planlaşdırılır.

Bankdan verilən məlumata əsasən, Bank növbəti ildə də maliyyə savadlılığıının artırılması, təhsil və digər sosial layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.