USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AGBank-ın Yenilənmiş İnternet Banking Xidməti Artıq İstifadənizdədir!

06.03.2020 Bank
1 0
Hər zaman müştərilərini düşünən “AGBank” ASC, yeni dizaynla və funksiyanallığı ilə müasir tələblərə cavab verən “İnternet Banking” sistemini daha da təkminləşdirərək müştərilərin istifadəsinə verdi.

"Kommersant.az" xəbər verir ki, daimi yenilənən funksiyalar, sadə və rahat interface, müasir dizayn və naviqasiya ilə təmin edilmiş bütün mövcud əməliyyatlar sayəsində istifadəçilər banka yaxınlaşmadan lazımi əməliyyatları daha sürətli icra etməklə yanaşı, bütün mühüm məlumatları əldə edə bilərlər.

İnternet Banking xidmətinə əlavə olunmuş yeni funksiyaları diqqətinizə çatdırırq:

Yeni cari hesabların açılması imkanı
Yeni kartın sifarişi imkanı
Əlavə kartın sifarişi imkanı
Kartın müddətinin uzadılması imkanı

Qeyd etmək istərdik ki, AGBankın “İnternet Banking” xidməti təhlükəsizliyinə görə High-Tech Bridge və Qualys beynəlxalq İT araşdırma şirkəti tərəfindən A+ dərəcəsinə layiq görülmüşdür.