USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paşinyan növbəti dəfə Putinlə görüşəcək

09.04.2026 Siyasət
0 0
Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə növbəti görüşü iyun ayına planlaşdırılır.

Kommersant.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, hökumət iclasından sonra keçirdiyi brifinqdə deyib.

“Biz növbəti görüşlər, o cümlədən iyunun ikinci yarısına nəzərdə tutulan yüksək səviyyəli görüş barədə razılığa gəlmişik”,- o bildirib.

Paşinyan qeyd edib ki, aprelin 1-də Putinlə keçirdiyi görüş çox uğurlu keçib.

“Rusiya ilə münasibətlər konstruktiv transformasiya mərhələsindədir və mən bu prosesi müsbət dəyərləndirirəm. Biz münasibətlərimizi mehriban dialoq məntiqində qoruyub saxlayacağıq”, - Paşinyan bildirib.