USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AFB Bank-ın rəhbərliyinə yeni təyinat

12.03.2020 Bank
0 0
“AFB Bank”-da yeni təyinat olub.

Viladi Maniyev Bankın Müşahidə Şurasının üzvü vəzifəsinə təyin edilib. O, 25 Fevral 2020-ci il tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.

Viladi Maniyev maliyyə sektorunda 20 ildən çox təcrübəyə malikdir. O, “Qala Sığorta” ASC, “Caspian Insurance Company” kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. 2016-ci ildən bu günə kimi əsas iş yeri olaraq “AZSIĞORTA” ASC-də Direktorlar Şurasının Sədri vəzifəsini icra edir.

Viladi Maniyev 1977-ci ildə Azərbaycan Dövlət Universitetində “Fizika” ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlayıb.

Banker.az