Britaniya hökuməti “Royal Bank of Scotland”-ın səhmlərini satışa çıxarıb
"Kommersant" xəbər verir ki, Böyük Britaniya hökuməti Şotlandiyanın Kral Bankının ("Royal Bank of Scotland") səhmlərinin 7,7%-ni satıb. 2008-ci ildə maliyyə böhranı ilə əlaqədar olaraq RBS zərərə uğrayır. Bu zaman İngiltərə hökumətinin genişmiqyaslı maliyyə yardımı müqabilində səhmlərinin bir hissəsini Britaniya hökuməti alıb.
Cari satış, bankın özəl mülkiyyətə transformasiya edilməsi məqsədini daşıyır.
Qeyd edək ki, “Bu əməliyyatdan əldə olunan gəlir dövlət borcunun azaldılmasına yönəldiləcək”, - sözlərini Britaniyanın maliyyə naziri Filip Hamond öz “Twitter” hesabında yazıb.