USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Brent” markalı neftinin qiyməti 30 dolları ötdü

05.05.2020 Bank
0 0
Dünya bazarında xam neftin qiymətləri ötən günkü azalmadan sonra bu gün sürətlə artmaqdadır.

"Kommersant.az" xəbər verir ki. Bakı vaxtı ilə saat 18:15-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 11,43% artaraq 30,31 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 17,66% artaraq 23,99 ABŞ dolları olub.