USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şirkətlərin bank hesablarındakı vəsaitləri artıb

03.02.2021 Bank
0 0
Hüquqi şəxslərin banklardakı cəmi depozitləri 2020-ci ilin dekabr ayında 1 163 min manat artaraq 12 milyard 678 milyon manata çatıb.

"Kommersant.az" Mərkəzi Banka istinadən xəbər verir ki, 1 il ərzində isə hüquqi şəxslərin banklardakı depozitləri 141 milyon manat azalıb. Belə ki, 2019-cu ilin sonunda hüquqi şəxslərin banklardakı cəmi depozitləri 12 milyard 819 milyon manata çatmışdı.

Dekabrda hüquqi şəxslərin müddətli depozitləri 45 milyon manat azalaraq 2 milyard 39 milyon manat təşkil edib, tələbli depozitlər isə 1 milyard 208 milyon manat artaraq 10 milyard 639 milyon manata çatıb.

Tələbli depozitlər 1 il ərzində isə 426 milyon manat artıb.