USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan qızıl istehsalı AZALIB

18.02.2021 Bank
0 0
2021-ci ilin yanvar ayında Azərbaycanda 270,9 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 33,1% azdır.

"Kommersant.az" xəbər verir ki, fu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ay 421,5 kq gümüş (azalma 22%) hasil edilib.Hasil edilən qızıl və gümüş emala göndərilib.1 fevral 2021-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 365,8 kq, gümüş ehtiyatının həcmi 414,1 kq təşkil edir.

Hazırda Azərbaycanda qızıl və gümüş hasilatı 2 şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də Production Sharing Agreement tipli müqavilə imzalayıb. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo Asian Mining PLC" şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.