USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bank sahibkarlara mühasibat və məsləhət xidmətləri təklif edir

03.03.2021 Bank
0 0
Dövlət bankı Azər Türk Bank hesab açmaq üçün Banka müraciət edən hüquqi şəxslərə yeni biznesin qurulması və ya mövcud biznesin rəsmiləşdirilməsi üçün ilkin qeydiyyat və ilkin vergi konsultasiyasını ödənişsiz olaraq təklif edir.

Bank, həmçinin, müştərilərə mühasibat və məsləhət xidmətlərini, vergi bəyannamələrinin hazırlanması işlərini 30% endirimlə yerinə yetirir.

Sözugedən xidmətləri əldə etmək üçün müvafiq qoşulma ərizəsinin doldurularaq “ATB Business” internet-bankçılıq vasitəsilə Banka göndərilməsi yetərlidir. Xidmət paketindən müştərinin təyin etdiyi üç nəfər istifadəçi yararlana bilər.

Daha ətraflı məlumatı https://atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Çağrı mərkəzindən əldə edə bilərsiniz.