USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kapital Bank"ın - HESABATI

11.03.2021 Bank
0 0
“Kapital Bank” 2020-ci ilin yekun rübünə olan hesabatını açıqlayıb.

“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Kapital Bank”ın cəmi aktivləri 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 1 mlrd. 84 mln. Manat artaraq 5 mlrd. 227 mln manata, cəmi öhdəlikləri isə 875 mln. manat artaraq 4 mlrd. 593 min manat çatıb. Bankın cəmi kapitalı 209 mln. 141 min manat artaraq 634 mln. 195 min manata yüksəlib.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

“Kapital Bank”ın müştərilərinə verdiyi xalis kreditləri 2019 –cü ilin eyni dövrü ilə müqayisədə 399 mln. 814 min manat artaraq 1 mlrd. 901 min manata çatıb. Bu da bankın cəmi aktivlərinin artmasına səbəb olub. Həmçinin bankın depozit portfelində də artım müşahidə olunub. Belə ki, bankda yerləşdirilən depozitlər 2019 –cu ilin analoji dövrü ilə müqayisədə 2020-ci ilin yekununda 569 mln. 623 min manat artaraq 3 mlrd. 805 mln. manata çatıb. Bu isə bankın cəmi öhdəliklərini artırıb.

MƏNFƏƏTİ ARTIB

Bankın faiz gəliri 39 mln. 226 min manat artaraq 440 mln. 183 min manata, faiz xərcləri isə 12 mln. 565 min manat azalaraq 50 mln. 800 min manat düşüb. “Kapital Bank”ın xalis fazi gəliri 51 mln. 791 min manat artaraq 389 mln. 383 min manata, qeyri-faiz gəliri 46 mln. 95 min manat artaraq 216 mln. 440 min manata, qeyri-faiz xərcləri isə 57 mln. 563 min manat artaraq 267 mln. 354 min manata yüksəlib. Buna görə də bankın əmliyyat mənfəəti 2019 –cu ilin eyni dövrü ilə müqayisədə 2020-ci ilin 4-cü rübündə 40 mln. 323 min manat artaraq 338 mln. 469 min manata çatıb.

Bankın xalis mənfəəti 167 mln. 990 min manat artaraq 302 mln. 698 min manat çatıb.

“Kapital Bank” 2020-ci ilin yekununda 536 mln. 800 min manat məcmu kapitala sahib olub.

Kapital Bank

2020 (IV Rüb)

2019 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

5.227,472

4.143,322

1.084,150

Cəmi Öhdəlik

4.593.277

3.718,268

875,009

Cəmi Kapital

634,195

425,054

209,141

Kredit

1.901,168

1.501,354

399,814

Depozit

3.805,619

3.235,996

569,623

Faiz Gəliri

440,183

400,957

39,226

Faiz Xərci

50,800

63,365

-12,565

Xalis Faiz Gəliri (Zərəri)

389,383

337,592

51,791

Qeyri-Faiz Gəliri

216,440

170,345

46,095

Qeyri-Faiz Xərci

267,354

209,791

57,563

Əməliyyat Mənfəəti (Zərəri)

338,469

298,146

40,323

Xalis Mənfəət (Zərər)

302,698

134,708

167,990

Məcmu Kapital

536,800

398,505

138,295