USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"ABB"-nin əksər göstəricilərdə - GERİLƏYİB

11.03.2021 Bank
0 0
“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 57.2% azalıb

“Azərbaycan Beynəlxalq Bankı” 2020-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb.

“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2019-cu ilin son rübü ilə müqayisədə 260 milyon 569 min manat və ya 2.8% azalaraq 8 milyard 962 milyon 792 min manaat enib. Bundan başqa bankın cəmi öhdəlikləri də 197 milyon manat azalaraq 7 milyard 636 milyon 190 min manata enib.

Dövlət bankının cəmi kapitalı 13 milyon 18 min manat azlaaraq 1 milyard 326 milyon 602 min manata çatıb.

Xalis kreditlərini213 milyon 21 min manat artıran bankın depozit portfeli 85 milyon 531 min manat azlaraq 5 milyard 549 milyon 577 min manata düşüb. Depozit portfelinin azalmasının əsas səbəbi hüquqi şəxslərin depozitlərinin 188 milyon 206 min manat azalmasıdır.

Faiz gəlirləri 406 milyon 244 min manat, faiz xərcləri isə 104 milyon 275 min manat olan ABB-nin xalis faiz gəliri 41 milyon 810 min manat və ya 12.2% azalaraq 301 milyon 968 min manata bərabər olub. Qeyri-faiz gəlriləri 125 milyon 389 min manat, qeyri-faiz xərcləri isə 224 milyon 146 min manat olduğuna görə bankın əməliyyat mənfəəti 1 il ərzində 118 milyon 309 min manat və ya 36.8% azalaraq 203 milyon 211 min manata düşüb.

“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 172 milyon 925 min manat və ya 57.2% azalaraq 129 milyon 391 min manata enib. Buna görə də bankın mənfəət vergisi 1 il ərzində 19 milyon 43 min manat və ya 26.3% azalaraq 53 milyon429 min manata enib.

Bankın məcmu kapitalı 18 milyon 560 min manat azalaraq 1 milyard 112 milyon 195 min manata düşüb.

ABB

2020 (IV Rüb)

2019 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

8.962,792

9.223,361

-260,569

Cəmi Öhdəlik

7.636,190

7.833,740

-197,550

Cəmi Kapital

1.326,602

1.339,620

-13,018

Xalis Kredit

2.366,232

2.153,211

+213,021

İstehlak Krediti

599,930

508,753

+91,177

Biznes Krediti

1.323,360

1.251,183

+72,177

İpoteka Krediti

685,808

615,047

+70,761

Depozit

5.549,577

5.635,108

-85,531

Fiziki Şəxslərin Depozitləri

1.290,279

1.187,605

+102,674

Hüquqi Şəxslərin Depozitləri

4.259,297

4.447,503

-188,206

Faiz Gəliri

406,244

441,940

-35,696

Faiz Xərci

104,275

98,161

+6,114

Xalis Faiz Gəliri (Zərəri)

301,968

343,778

-41,810

Qeyri-Faiz Gəliri

125,389

143,411

-18,022

Qeyri-Faiz Xərci

224,146

165,669

+58,477

Əməliyyat Mənfəəti (Zərəri)

203,211

321,520

-118,309

Xalis Mənfəət (Zərər)

129,391

302,316

-172,925

Mənfəət Vergisi

53,429

72,472

-19,043

Məcmu Kapital

1.112,195

1.130,755

-18,560