USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar 10 türk lirəsinə - Daha Da Yaxınlaşdı

12.11.2021 Bank
0 0
Dünən Türk Lirəsi (TL) ABŞ dolları qarşısında 1%-ə yaxın dəyər itirdikdən sonra bu gün də ucuzlaşmaqda davam edərək mühüm bir psixoloji səviyyə olan 10-na daha da yaxınlaşıb.

“Kommersant.az” xəbər verir ki, Dollar/TL məzənnəsi 9,9859 səviyyəsini görüb. Bakı vaxtı ilə saat 08:50-də məzənnə 0,7% də artım ilə 9,97 səviyələrində olub.

Son 5 ildə dəyərinin üçdə ikisini itirən TL, bənzər pul vahidləri arasında ən çox dəyər itirən pul vahididir.

Türk Liraəsinin ucuzlaşması ABŞ-da açıqlanan yüksək inflyasiyadan sonra Dolların dəyər qazanması ilə əlaqədardır. ABŞ-da Oktyabr ayında illik inflyasiya 6.2%-ə çataraq 31 ilin ən yüksək səviyyəsinə qalxıb. Yüksək inflyasiya ABŞ Mərkəzi Bankının (FED) sıfır faiz siyasətini gözləniləndən əvvəl tərk etdəcəyi barədə ehtimalı gündəmə gətirib və bunun nəticəsində qlobal bazarların risk iştahı azalıb.

Tədavülə ilk çıxdığı 1 Yanvar 2009-cu ildə 130 dollara qarşılıq gələn 200 TL-lik banknotun bu günki dollar qarşılığı 20 dollardır.

Marja