USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müştərilərini itirən 7 Bank - SİYAHI

13.02.2023 Bank
12 0
Azərbaycanda fəaliyyət göstərən bankların xalis kreditləri üzrə vəziyyəti bəlli olub.

Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 18-i müştərilərindən topladığı depozitləri artırsa da, 7 bank bu vəzifənin öhdəsindən gələ bilməyib. Nəticədə müştərilərini və onların pullarını itirib.

MÜŞTƏRİSİNİ İTİRƏNLƏR

“AFB Bank” depozit portfelini 116 milyon 168 min manata bərabər edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 104 min manat və ya 0.9% azdır.

Sənayeçilərin bankı da 2022-ci ili müştərilərinin əmanətlərini itirməklə başa vurub. Belə ki, “ASB Bank”ın depozit portfeli 2021-ci ilin son rübü ilə müqayisədə 64 milyon 707 min manat və ya 12.6% azalaraq 449 milyon 675 min manata enib.

Farsların milli bankının Bakı filialı da əlindəki vəsaitini 1 milyon 829 min manat və ya 17% azaldaraq 8 milyon 904 min manata endirib.

Azərbaycanın “Naxçıvan Bankı” da depozit portfelindəki pulları əlində tuta bilməyib. Naxçıvanlıların etimadını itirən bankın depozit portfeli 1 il ərzində 24 milyon 932 min manat və ya 13.8% azalaraq 155 milyon 416 min manata düşüb.

“Premium Bank” müştərilərinin 51 milyon 870 min manatlıq əmanətini itirib. Belə ki, bankın depozit portfeli 2021-ci ilin analoji dövrü ilə müqayisədə 10% azalıb. Bank 2022-ci ilin sonunda 466 milyon 490 min manatlıq əmanətə sahib olub.

Son günlərdə “dayağının” vəzifəsindən getməsi “Rabitə Bank”ın yığımlarına da mənfi təsir göstərib. Neftçilərin bankı müştərilərindən topladığı əmanətlərin 117 milyon 678 min manatını əlində tuta bilməyib. Belə ki, bankın depozit portfeli 117 milyon 678 min manat və ya 16.2% azalaraq 607 milyon 4 min manata düşüb.

KORPORATİV BANKLAR

Korporativ banklar arasında müştərilərindən ən çox əmanət toplayan bank “Azərbaycan Beynəlxalq Bankı” olub. Dövlət bankının müştərilərindən topladığı vəsait 2021-ci ilin son rübü ilə müqayisədə 2 milyard 360 milyon 685 min manat və ya 28.6% artaraq 10 milyard 622 milyon 351 min manata yüksəlib. Bununla da dövlət bankı adını lider olaraq siyahının başına yazdırıb.

Ən az depozit toplayan korporativ bank isə “Günay Bank” olub. Adı üstündə "Günayın bankı" 1 il ərzində depozit portfelini 17 milyon 845 min manat və ya 19% artıraraq 111 milyon 405 min manata çatdırıb.

RETAİL BANKLAR

RETAİL banklar arasında əhalidən ən çox pul yığa bilən bank “UniBank”dır. Bankın depozit portfeli 2021-ci ilin son rübü ilə müqayisədə 286 milyon 208 min manat və ya 40.7% artaraq 989 milyon 744 min manata yüksəlib.

Ən az əmanət toplayan RETAİL bank isə rusların bankı olub. “Bank VTB”nin depozit portfeli 1 il ərzində 6 milyon 71 min manat və ya 6.8% artaraq 94 milyon 851 min manat olub.

Qeyd edək ki, nəticədə ən çox depozitə “Azərbaycan Beynəlxalq Bankı” sahib olub. Ən az depozitlə isə farsların bankını istisna etsək, “Bank BTB” son sırada qərarlaşıb.

Bankın Adı

Əmanət Portfeli

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

1

ABB

10.622.351

8.261.666

2.360.685

2

Access Bank

860.054

689.828

170.226

3

AFB Bank

116.168

117.272

-1.104

4

ASB

449.675

514.382

-64.707

5

Azər Türk Bank

385.008

207.486

177.522

6

Bank Avrasiya

79.699

50.068

29.631

7

Bank BTB

16.663

18.565

-1.902

8

Bank of Baku

365.532

247.177

118.355

9

Bank Respublika

965.893

801.565

164.328

10

Bank VTB

94.851

88.780

6.071

11

Express Bank

193.107

156.083

37.024

12

Günay Bank

111.405

93.560

17.845

13

Kapital Bank

6.098.625

5.192.419

906.206

14

Melli İran Bankı

8.904

10.733

-1.829

15

Muğan Bank

491.756

396.851

94.905

16

Naxçıvan Bank

155.416

180.348

-24.932

17

Paşa Bank

7.004.319

5,029,427

1.974.892

18

Premium Bank

466.490

518.360

-51.870

19

Rabitə Bank

607.004

724.682

-117.678

20

Turan Bank

429.274

417.452

11.822

21

UniBank

989.744

703.536

286.208

22

Xalq Bank

1.855.258

1.543.267

311.991

23

Yapı Kredi Bank

363.857

285.148

78.112

24

Yelo Bank

572.300

352.639

219.661

25

Ziraat Bank

317.806

210.145

107.661