Nvidia-dakı payını satan SoftBank Group-un səhmləri 10 faizə qədər ucuzlaşıb.
Yaponiyanın texnologiya nəhəngi SoftBank Group, OpenAI-yə 22,5 milyard dollarlıq investisiyanı maliyyələşdirmək üçün ABŞ-ın çip istehsalçısı Nvidia-dakı bütün səhmlərini 5,83 milyard dollara satdığını açıqladı.
İnvestorlar satışdan narazı idilər və SoftBank səhmləri Tokio Fond Birjasının açılışında 10 faizə qədər ucuzlaşdı. Bağlanışda onlar 6,23 faiz ucuzlaşmışdılar.
Şirkət oktyabr ayında maliyyə hesabatında T-Mobile-dakı mövqeyini azaltmaqla 32,1 milyon Nvidia səhmini satdığını və 9,17 milyard dollar qazandığını açıqlamışdı.
"Biz maliyyə gücümüzü qoruyarkən investorlara geniş imkanlar təqdim etmək istəyirik", SoftBank-ın baş maliyyə direktoru Yoşimitsu Qoto investor təqdimatında bildirib.
Asiyadakı digər texnologiya səhmləri də azalıb. Advantest və Tokyo Electron 2 faizdən çox, TSMC isə 0,34 faiz, SK Hynix isə 1,62 faiz ucuzlaşıb.