"Kapital Bank"ın vəziyyəti məlum oldu

13.07.2018 Bank
Kapital Bank bu ilin ikinci rübünü mənfəətlə başa vurub. Belə ki, bankın xalis mənfəəti 41 milyon 673 min manat təşkil edib.

“Kommersant” xəbər verir ki, bu ilin birinci yarısında bankın faiz gəlirləri 150 milyon 657 min manat, qeyri-faiz gəlirləri 70 milyon 575 min manat olub. Bank mənfəətdən 11 milyon 231 min manat vergi ödəyib.

Bankın bu ilin birinci yarısına olan maliyyə hesabtına görə, cəmi aktivləri 3 milyard 573 milyon 419 min manat, cəmi öhdəlikləri isə 3 milyard 301 milyon 132 min manat olub.

Bankın depozit portfeli 2 milyard 821 milyon 509 manat, Kredit portfeli isə 1 milyard 318 milyon 377 min manat təşkil edib. Bank kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 203 milyon 896 min manat vəsait ayırıb.