Azərbaycanlı milyarderin bankı zərərdə - RƏQƏMLƏR

16.07.2018 Bank
“Nikoil Bank” 2018-ci ilin ikinci rübünü 45 milyon 860 min manat zərərlə başa vurub

“Kommersant” bankın maliyyə hesabatına əsasən xəbər verir ki, bankın faiz gəlirləri 32 milyon 601 min manat, qeyri-faiz gəlirləri isə 3 milyon 545 min manat təşkil edib. Məlumata görə, bankın faiz xərcləri 8 milyon 338 min manat, qeyri-faiz xərcləri isə 10 milyon 239 min manat olun. Bank, 2017-ci ilin yarısını 580 min manat mənfəətlə başa vursa da, 2018-ci ilin eyni dövrünü 46 milyon manat zərərlə tamamlayıb.

Nikoil Bankın aktivləri bu rübdə 446 milyon 472 min manata çatıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 8% artım deməkdir. Bankın öhdəlikləri isə 392 milyon 532 min manat təşkil edir.

Bankın depozit portfeli ötən ilin eyni dövrünə nisbətdə artaraq, 257 milyon 73 min manat olub. Bankın müştərilərə verdiyi kreditlərin həcmi 1 illik nisbətdə cüzi olaraq aratarq 290 milyon manat olub. Bankın məcmu kapitalı 53 milyon 948 min manat təşkil edir.

Qeyd edək ki, sözügedən bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına (Mənfəət və zərər haqqında hesabat - 7-ci bənd) 63 milyon 429 min manat vəsait ayırıb. Buna görə də, bankın 46 milyon manat zərəri olub.