USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Xalq Bank”ın əməliyyat mənfəəti artıb

26.07.2023 Bank
20 13
“Xalq Bank”ın faiz gəliri ötən ilin ilk yarısı ilə müqayisədə 22 milyon 96 min manat artaraq 73 milyon 134 min manata, faiz xərcləri isə 2 milyon 816 min manat artaraq 13 milyon 749 min manata yüksəlib. Buna görə də bank 59 milyon 385 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20 milyon 300 min manat və ya 51.93 faiz çoxdur.

Kommersant.az xəbər verir ki, “Xalq Bank”ın qeyri-faiz gəliri 3 milyon 900 min manat artaraq 13 milyon 435 min manata, qeyri-faiz xərcləri isə 5 milyon 874 min manat artaraq 34 milyon 852 min manata çatıb. Nəticədə bank əməliyyat mənfəəti əldə edib. Əldə edilən 37 milyon 968 min manat əməliyyat mənfəəti ötən ilin eyni rübü ilə müqayisədə 18 milyon 326 min manat və ya 93.3 faiz çoxdur.