Qızıl, gümüş ucuzlaşdı, pambıq bahalaşdı

25.07.2018 Bank
Dünya bazarında qızılın bu saata olan qiymətində ucuzlaşma qeydə alınıb

"Kommersant" xəbər verir ki, qızıl 1,10 dollar və ya 0,09% ucuzlaşaraq 1,233 dollar olub.

Məlumata görə, gümüşün qiyməti də 0,04 dollar və ya 0,26 ucuzlaşaraq 15,48 dollar olub.

Pambığın qiymətində isə bahalaşma qeydə alınıb. Belə ki, bu günə olan nəticələrə görə, pambıq 0,85 dollar və ya 0,98% bahalaşaraq 1,92 dollar olub.